Orenburq vilayətində baş verən yanğında beş nəfər ölüb

Orenburq vilayətində baş verən yanğında beş nəfər ölüb
06:57 11 Noyabr 2019
138 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Orenburq vilayətində yaşayış evində baş verən yanğında beş nəfər dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq bölgəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Jilqorodok qəsəbəsində yerləşən ikiotaqlı evdə baş verən yanğınla bağlı FHN-nin qaynar xəttinə məlumat daxil olub. 
Yanğının kəşfiyyatı zamanı beş nəfərin meyiti aşkar edilib.
Yanğın lokallaşdırılıb, evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/orenburq-vilayetinde-bas-veren-yanginda-bes-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR