Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü

Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü
12:52 11 Noyabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi "Opel" markalı avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR