Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert porqramı nəzərdə tutulmayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən konsert proqramı ilə bağlı bulvarda heç bir hazırlıq işləri görülməyib, səhnə quraşdırılmayıb.
Xatırladaq ki, dekabr 31-i saat 00:00-da Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.