Şəkidə "KAMAZ"ın təkəri partladı, sürücü ağır yaralandı

Şəkidə "KAMAZ"ın təkəri partladı, sürücü ağır yaralandı
13:36 11 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Şəkidə yük maşınının sürücüsü xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov idarə etdiyi "KAMAZ" markalı yük avtomobilinin təkərinə hava doldurmaq istəyib. Həmin vaxt təkər partlayıb.

Təkərin dəmir halqasının sürücünün üz və baş nahiyəsinə dəyməsi nəticəsində o, ağır xəsarət alıb. Yaralı Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Ş.Məhərrəmovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3146912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR