Qonşu ölkədə aşan avtobusda ölənlərin kimliyi bilindi - YENİLƏNİB

İranın Loristan vilayətində avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

Metbuat.az bu barədə İranın "Tasnim News" agentliyinə istinadən xəbər verir.

Qəzaya düşən avtobusun təhlükəsizlik qüvvələrinə məxsus olduğu, sərnişinlərin hamısının hərbçi olduğu qeyd edilir.

Yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.

***

İranın Lorestan vilayətində avtobus dərəyə aşıb, ölən və yaralanalar var.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu barədə Lorestan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Avtobusun Andimeşk-Poldaxter yolunda dərəyə aşması nəticəsində ilkin məlumata görə, ən azı 10 nəfər ölüb.

Qeyd edilib ki, xilasetmə işləri hələ də davam edir. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı