XİN başçısı: "ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı" ilə bağlı qərarı emosianal xarakter daşıyır"

XİN başçısı: "ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı" ilə bağlı qərarı emosianal xarakter daşıyır"
15:52 11 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ Konqresi Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı"nın tanıması barədə qərarı emosianal xarakter daşıyır".
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. 
"Mən məsləhət görürəm ki, qərarda yazılanları oxuyasınız. O zaman siz də görəcəksiniz ki, bu emosianal formada atılan addımdır. Bu konkret olaraq Türkiyənin sərhədlərini və Suriya torpaqlarını terorçulardan təmizləməsi üçün həyata keçirdiyi "Barış pınarı" əməliyyat əleyhinə qəbul olunan bir qərardır. Çünki o qərarın qəbul olunması üçün heç bir hüquqi qərar yoxdur", XİN başçısı vurğulayıb. 
Nazir ABŞ-ın dövlət qurumlarının, o cümlədən Nümayəndələr Palatasının Xocalı soyqırımını müzakirəyə çıxarmamasına və bununla bağlı indiyə qədər hər hansı qərar qəbul etməməsinə də münasibət bildirib: "Təbii ki, azərbaycanlılar da yüz ildən çoxdur ABŞ-da yaşasaydılar onda bizim də gücümüz bu ölkədəki errmənilər səviyyəsində, hətta daha çox olardı. 
Qeyd etmək istəyirəm ki, indiyə qədər dünyanın 20-dən çox ölkəsi Xocalı soyqırımını tanıyıb. Həmin dövlətlər bununla bağlı qətnamələr qəbul ediblər. O sənədlərdə aydın formada yazılıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda soyqırım törədiblər". 
Vüsalə Abbasova

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xi-n-bascisi-abs-numayendeler-palatasinin-ermeni-soyqirimi-ile-bagli-qerari-emosianal-xarakter-dasiyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR