Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
“Report” xəbər verir ki, bununla bağlı Moskvada Beynəlxalq Şahmat Federasiyası (FIDE), Rusiya Şahmat Federasiyası və Sverlovsk Şahmat Federasiyası arasında saziş imzalanıb.
Yarış 15 mart – 5 apreldə baş tutacaq.
Qeyd edək ki, İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıbılar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.