İlk övladını dünyaya gətirməyə sayılı günlər qalan türkiyəli aktrisa Müge Boz yeni çəkdirdiyi fotoları ilə gündəmə gəlib.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, məşhur aktrisa hamiləlik dövründə özünü daha çox qadın kimi hiss etdiyini deyib:
"Həyatımın ən önəmli dönüş nöqtələrindən birini bu fotolarla əbədiləşdirmək istədim. Konsepti və geyimləri özüm seçdim. İncə, bər-bəzəkli geyimlər istəmədim. Çünki indi daha çox qadına xas, özgüvənli, ayaqları yerə basan bir ruh halı içərisindəyəm. Hamiləlik dövrü qadının ən çox qadın olduğu, ən çəkici dövrüdür məncə".
Milli.Az