Zaxarovanın dolma, Lavrovun İrəvan sevgisi - ÖZÜMÜZÜ ALDATMAYAQ!

Zaxarovanın dolma, Lavrovun İrəvan sevgisi - ÖZÜMÜZÜ ALDATMAYAQ!
21:03 11 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

“Bayram deyil, seyran deyil, Lavrov İrəvana niyə getmişdi? Lavrov İrəvana səfərinə sərgidən başladı, sonra ikitərəfli görüşləri oldu. Rusiyanın dünya ilə problemləri sonsuzdur, Lavrovun da boş vaxtı yoxdur. Belə isə Lavrovun İrəvana ikigünlük səfərinə nə ehtiyac var idi?”

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi bildirib ki, böyük ehtimalla Lavrov elə məlum cümləni - “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” demək üçün İrəvana getmişdi: “O, bu cümləni Bakıda bizim üzümüzə deyə bilməzdi. Elə İrəvandan deyib ki, hamı işini bilsin”.

E.Şahinoğlu vurğulayıb ki, “Mariya Zaxarova Azərbaycan mətbəxini sevir” və ya “Mariya Zaxarova erməni jurnalistin sualına qəzəbli cavab verdi” kimi başlıqlarla özümüzü aldatmamalıyıq: “Zaxarovanın şefi nöqtəni İrəvanda qoydu və bizə açıq mesaj göndərdi ki, Rusiya kimin yanınadır. Ancaq bir neçə gün sonra Lavrovun açıqlaması arxa plana keçəcək və yenə Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın başımızın altına yastıq qoyan açıqlamaları ön plana çəkiləcək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/295817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR