Hindistanda gənc aclıqdan ölməmək üçün həbsxanaya düşüb

Hindistanda gənc aclıqdan ölməmək üçün həbsxanaya düşüb
04:47 12 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın Tamilnad ştatının Çennay şəhərinin Sivakumar adlı sakini polisə binaların minalanması haqqında iki yalan zəngdən sonra həbs edilib.
Bu barədə "Report" yerli "Indiaglitz" portalına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, buna səbəb həmin şəxsin yoxsulluğu və qidasız qalması olub.
Qeyd edilir ki, "telefon terrorçusu" daha əvvəl iki dəfə evli olub, ancaq ailə qurduğu hər iki qadın onu atıb. O, bundan sonra stress səbəbindən depressiyaya düşüb və işdən çıxıb. Evsiz, işsiz olan Sivakumar heç olmasa hansısa qidaya və sığınacağa malik olmaq üçün həbsxanaya düşməyə qərar verib.
O, bu məqsədlə oğurlanmış telefondan polisə iki dəfə zəng edərək müxtəlif binaların minalanması haqqında bildirib. Polislər zəng edən şəxsin olduğu yeri izləməyə və onu həbs etməyə nail olublar.
Onun həbsxanada nə qədər qalacağı hələ məlum deyil.


Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/hindistanda-genc-acliqdan-olmemek-ucun-hebsxanaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR