Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub

Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub
07:22 12 Noyabr 2019
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub.

Trend-in "Daily Star" qəzetinə istinadən verdiyi məlumata görə, insanların ölümünün əsas səbəbi güclü küləyin aşırdığı ağaclar olub. İnsanların bir hissəsi batıb və ya evlərinin uçması nəticəsində ölüblər.

Daha əvvəl "bdnews24" internet-nəşri 13 nəfərin öldüyünü bildirirdi.

Bundan əlavə, 51 balıqçının itkin düşdüyü bildirilir. Məlumata əsasən, onlar xəbərdarlığa baxmayaraq dənizə çıxıblar və geri qayıdmayıblar.

Həmçinin qeyd edilir ki, siklon nəticəsində Banqladeşin 13 cənub rayonunda 100 minə yaxın evə ziyan dəyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3147066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı