Hacıqabulda 4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıb

Hacıqabulda 4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıb
13:02 12 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda 4 ton qarğıdalı oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Qarasu kəndi ərazisindəki əkin sahələrinin birindən 4 ton qarğıdalı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri C.Mərdanov, Y.Əsgərov, Ə.Qurbanova, O.Hüseynov və Ə.Ələsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-4-ton-qargidali-ogurlayan-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR