Bakıda oğurluq etmiş şəxsin digər əməlləri üzə çıxıb.
Publika.az xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş H.Bağırovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən 17.000 manat, 10.050 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.