​İsrail ABŞ-a məxsus hərbi gəmini necə vurub? -

İsrail ordusu 1967-ci ildə Sina yarımadasında, Misirə məxsus dəniz sullarında ABŞ ordusuna aid “USS Liberty” adlı kəşfiyyat gəmisinə hücum təşkil etmişdir.

Hücum əmrini icra edən İsrail pilotları ilə nəzarət qülləsi arasında keçən dialoqda həmin gəminin məhz Birləşmiş Ştatlara aid olduğu açıq-aşkar bilinirdi.

Arxiv məlumatlarına görə, olayın yaşandığı gün saat 14:00-da, pilotlarla nəzarət qülləsindəki İsrail hərbiçiləri arasında belə bir söhbət baş tutub:

1-ci pilot: “Amerikaya məxsus gəmidir”?

2-ci pilot: “Necə yəni Amerikaya məxsus gəmidir?”

Nəzarət qülləsi: “Siz nədən danışırsınız? (Cavab yoxdu)

Pilotlar arasındakı qısa dialoqdan dərhal sonra İsrailə məxsus hərbi qırıcılar gəmini düz 1 saat boyunca bombalamışdır. Nəticədə 34 amerikalı hərbiçi ölmüş, 171-i isə yaralanmışdır. Hava hücumunun ardından isə İsrailə məxsus hərbi qayıqlar atəşə məruz qalmış gəmiyə yaxınlaşaraq əməliyyatı tamamlamışdır.

Saat təqribən 14:12-də, İsrail hərbiçilər arasında təkrar baş tutan dialoqda isə bu ifadələr yer almaqdadır:

Pilot: “Gəmi hansı ölkəyə aiddir?”

Nəzarət qülləsi: “ABŞ-a aiddir”

Sözügedən gözlənilməz hücum hadisəsinin ardından Birləşmiş Ştatlar hökuməti İsrailə heç bir təzyiq göstərə bilmədi. Əslində, səbəblər bəlli idi. Çünki açıq-aydın o zamankı yəhudi lobbi təşkilatları ABŞ Prezidenti Lindon Consona çox güclü siyasi təzyiq göstərməyə başlamışdır. İsrailin Amerikadakı səfirliyi açıq şəkildə Birləşmiş Ştatlar Prezidentini hədələyərək bildirmişdir ki, əgər bu hadisəni ört-basdır etməsə, ona antisemitist damğası vururaraq karyerasını bitirəcəklər.

Lakin İsrail və ABŞ rəsmiləri yaranmış böhranın həllindən ötrü yollar axtarışında idilər. Sözsüz ki, yəhudi lobbisi yenə öz gücünü sübut etdi.

Belə ki, Vyetnam savaşında Prezident Consona qarşı əks siyasi baxış sərgiləyən yəhudi müxalif kəsim, “USS Liberty” krizi ilə bağlı ABŞ hökumətinin mövqeyində yumşalmaya nail olmaq üçün, Vyetnam məsələsində məhz Ağ Ev rəhbərinin mövqeyindən çıxış etməyə başladılar.

Hətta daha da irəli gedən yəhudi xüsusi xidmət orqanları Vyetnamda davam edən müharibədə, Amerika ordusu üçün əsl başağrısına çevrilmiş SSRİ istehsalı raketlərlə bağlı olduqca önəmli gizli məlumatları ABŞ kəşfiyyatına ötürdü.

ABŞ hər şeyi "görməzdən" gəldi

Bütün təzyiqlərdən sonra Vaşinqtonun reaksiyasi bir xeyli sərtliyini itirdi, hətta 20 gün ərzində hazırlanmış raportda gəminin bombalanması ilə əlaqədar bütün faktlar gizlədilirdi.

Maraqlıdır ki, ciddi zərər görmüş gəmi qısa müddət ərzində Maltada gizlicə təmir olundu. Gəmidəki bütün mərmi izləri təmirdən sonra tamamilə yox oldu və bundan sonra yerli media qarşısına çıxarılaraq, dünya ictimaiyyətinə nümayiş etdirildi. Beləliklə, belə bir xoşagəlməz hadisənin yaşanmadığı, söylənilənlərin isə həqiqəti əks etdirmədiyi təəssüratı formalaşdırıldı.

Fərrux Həsənov
Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı