Bakı metrosunda SIXLIQ - Qatarlar gecikir

Bakı metrosunda SIXLIQ - Qatarlar gecikir
09:28 13 Noyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda qatarların hərəkət intervalında gecikmələr yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisəyə səbəb sərnişin sıxlığıdır: "Bəzi stansiyalarda bu gün səhər saatlarında sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldıb. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, "İçərişəhər" və "20 yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın azaldılması istiqamətində işlər görülür".

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/295952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR