Dünya telekommunikasiya sahəsi stabil artım nümayiş etdirir

Dünya telekommunikasiya sahəsi stabil artım nümayiş etdirir
09:35 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünya telekommunikasiya sahəsi stabil artım tempi nümayiş etdirir. Bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin proqnozuna görə, 2019-cu ildə telekommunikasiya servisləri və ödənişli televiziya xidmətləri üçün qlobal xərclər 2018-ci illə müqayisədə 0,8 faiz artaraq 1,633 milyard dollara çatacaq. 2020-ci ildə 0,9 faiz – 1,647 milyard dollaradək artım gözlənilir.

 

Mobil rabitə telekommunikasiya sahəsinin ən böyük seqmenti olaraq qalır. Belə ki, 2019-cu ildə bazarın yarısından çoxu (52,8 faiz) onun payına düşəcək. Bu seqment mobil məlumat ötürmə və səsli xidmətlər və SMS üçün xərcləri kompensasiya edən “M2M” layihələrinin yayılması sayəsində orta hesabla 1,3 faiz illik artım nümayiş etdirəcək.

 

“IDC” şirkətinin proqnozuna görə, dünyada stasionar rabitə xidmətləri üçün illik xərclər yüksəksürətli internetin tarif planlarına tələbat sayəsində 3,3 faiz artacaq.

 

2019-cu ildə simli internet xidmətlərinin qeyd edilən bazarın mədaxilində payı 21,7 faiz təşkil edəcək. 2023-cü ilədək olan dövr ərzində burada orta hesabla 2,6 faiz artım gözlənilir. Bununla belə, ənənəvi telefoniya üçün xərclər təqribən 4,8 faiz azalacaq və 2023-cü ildə onların xərclər strukturunda payı 8,5 faizə bərabər olacaq. Ekspertlərin sözlərinə görə, ənənəvi telefonlara marağın azalması IP telefoniyadan istifadənin artması ilə kompensasiya edilmir.

 

Kabel, peyk, IP və yerüstü rəqəmli televiziya xidmətlərinin aid olduğu ödənişli televiziya bazarında yaxın beş ildə yüksək artım gözlənilmir. Eyni zamanda ödənişli TV “multi-play” paketlər xidmətinin vacib tərkib hissəsi olaraq qalır. Şirkətin məlumatına görə, 2018-ci ildə belə paket təklifləri üçün xərclər 7,1 faiz yüksəlib və növbəti beş ildə orta hesabla 3,7 faiz artım proqnozlaşdırılır.

 

Ən böyük regional telefon bazarlarına gəldikdə, Şimali və Cənubi Amerika ölkələri liderliyini davam etdirir. 2019-cu ildə burada telekommunikasiya servisləri və ödənişli TV xidmətləri üçün xərclər 630 milyard dollara çatacaq.

 

Rabitə üçün xərclərə görə ikinci yerdə Asiya-Sakit okean regionu, üçüncüdə EMEA (Avropa, Yaxın Şərq və Afrika) qərarlaşacaq. Ən yüksək artım templəri inkişaf etməkdə olan ölkələr sayəsində EMEA regionunda proqnozlaşdırılır.

 

2019-cu ildə Şimali və Cənubi Amerika dövlətlərində telekommunikasiya xidmətləri bazarının həcmi 0,7 faiz, Asiya-Sakit okean regionunda 0,6 faiz artacaq.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64109-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR