"Report" xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyi (IEA) yeni illik "World Energy Outlook" hesabatında proqnozlaşdırır.
Hesabatda Rusiya və Yaxın Şərqin qaz ixracı üzrə ən iri regionlar rolunu qoruyacağı, ancaq yeni ixracatçıların da bazar paylarını artıracaqları qeyd olunub.
Eyni zamanda, Qətər 2040-cı ilədək ən böyük maye qaz (LNG) ixracatçısı mövqeyini qoruyacaq. Proqnozlaşdırılan dövrdə Avstraliya və ABŞ onlarla rəqabət aparacaq.