"Meymunumun ağzına qızıl diş saldırmışdım”- Rəmiş

"Meymunumun ağzına qızıl diş saldırmışdım”- Rəmiş
14:05 13 Noyabr 2019
150 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV-də yayımlanan "Şou ATV" proqramında illər öncə evində saxladığı meymundan danışıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, meymun söhbətini isə verilişdə qonaq olan digər sənətçi Manaf Ağayev açıb.

Belə ki, Manaf "Rəmiş müəllimin bir meymunu var idi. Hara gedirdi, meymunuda özü ilə aparırdı" deməsi qarşı tərəfi dilləndirib.

Xalq artisti M.Ağayevə qarşılıq verərək "Meymunumun ağzına qızıl diş saldırmışdım. Ona isə paltarı Azəri Günelin nənəsi tikmişdi" söyləyib

Manaf Ağayev isə Rəmişin qısa çıxışını bu sözlərlə davam etdirib:

"1977-1978-ci illərdə rayona uzun saçlı, əlində meymunla bir adam gəlib. Nə qədər təəcüblü idi. Bizim qohumlarımızın toyuna gəlmişdi. Onda Gülü (Rəmişin həyat yoldaşı) nə gəzirdi?! Gülü olsaydı, nə edirdi Rəmiş müəllim meymunu?!"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR