Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının hakim təyinatları müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.

Dəniz Aytəkin matçın baş hakimi olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

Milli.Az