Bu ölkənin parlamenti evtanaziyaya icazə verən qanun layihəsini dəstəkləyib

Bu ölkənin parlamenti evtanaziyaya icazə verən qanun layihəsini dəstəkləyib
22:27 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Yeni Zelandiya parlamenti evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iki il davam edən qızğın diskussiyalardan sonra parlamentin 70 üzvü qanun layihəsinin leyinə, 50 deputat isə əleyhinə səs verib.

Sənədə əsasən, özünü könüllü şəkildə həyatdan məhrumetmə hüququ yalnız həkimlərin diaqnozuna uyğun olaraq altı aydan az ömrü qalan ağır xəstələrə veriləcək.

Qanun layihəsi qüvvəyə minmək üçün gələn il keçirilməsi nəzərdə tutulan referendumda xalqın dəstəyini qazanmalıdır. İyul ayında keçirilən ictimai rəy sorğusuna görə, yeni zelandiyalıların 72 faizi sağalmaz xəstəliyə düçar olan insanlar üçün evtanaziya prosesini dəstəkləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR