Uels millisinə Bakıda möhtəşəm dəstək - 1200 azarkeş gəlib

Uels millisinə Bakıda möhtəşəm dəstək - 1200 azarkeş gəlib
18:27 15 Noyabr 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamız sabah Avro-2020-nin seçmə mərhələsində Uels yığmasını qəbul edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,vacib matça çıxacaq qonaqlar Bakıda dəstəksiz qalmayacaq. Bu barədə Böyük Britaniya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri James Şarpın AFFA-nın baş katibi Elxan Məmmədovla bugünkü görüşündə bildirilib. Sabahkı matçın britaniyalı azarkeşlərin diqqət mərkəzində olduğu və bu qarşılaşmanı izləmək üçün Bakıya 1200 uelsli azarkeşin gəldiyi qeyd olunub.

Xatırladaq ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR