“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb

“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
02:22 16 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Euronews" televiziya kanalının alman dili redaksiyasının "Azərbaycanda birlikdə caz ifa etmək: Bakı Caz Festivalı" adlı videoreportajında festival çərçivəsində xüsusilə Avropa caz musiqisinə vurğu edildiyi, azərbaycanlı caz ifaçılarının festivalda aktiv iştirak etdiyi nəzərə çatdırılır.

Trend-in məlumatına görə, reportajda cazın bütün dünya janrlarından bəhrələndiyi qeyd olunur. Müxtəlif mədəniyyətlərin və millətlərin musiqiçilərinin bir arada çalışdığı festival proqramının kreativ imkanlarının geniş olduğu vurğulanır. Türkiyənin "Feti Blue Band", İsveçrənin "Azadlıq Triosu", Almaniyanın "MASAA" qruplarının, Niderland Krallığından olan saksofon ifaçısı Yuri Honinginq öz həmvətənləri ilə birlikdə yaratdığı kvartetin, fransalı Julie Eriksson adlı müğənni, pianoçu və bəstəkarın festivalda iştirak etdikləri diqqətə çatdırılır. Bakı Caz Festivalında gənc istedadların təşviq edilməsi məqsədilə müxtəlif kateqoriyalarda beynəlxalq müsabiqələrin də olduğu qeyd edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3149300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR