Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeronda avtomobil qadını vuraraq öldürüb
10:27 16 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. 
Qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-avtomobil-qadini-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR