“Facebook”a rəqib sosial şəbəkə yaradılıb

“Facebook”a rəqib sosial şəbəkə yaradılıb
11:47 19 Noyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

“Wikpedia”nın yaradıcısı Cimmi Vels (Jimmy Wales) “Facebook”a rəqib olacaq sosial şəbəkə platforması yaradıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “istifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə qurulan şəbəkənin adı “Wt:social” olacaq.
Məlumata görə, platformaya üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.
Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/facebook-reqib-sosial-sebeke-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR