Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi - FOTO

Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi - FOTO
11:52 19 Noyabr 2019
153 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az Yeni Asır-a istinadla xəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşayan Sedat Yellibulut adlı kişi ondan ayrılmaq istəyən xanımına əsəbləşərək özünü yandırmaq istəyib.

Lakin intihar cəhdi faciəyə səbəb olub və onun 22 yaşlı qızı yanıb.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 22 yaşlı Selda Yellibulut 9 gün sonra xəstəxanada dünyasını dəyişib.

Sedat Yellibulut polis tərəfindən saxlanılıb. Onun 36 il müddətinə həbsi tələb olunur.

O, xəstəxanadaykən polisə ifadəsində "Çox peşmanam. Hər yerim ağrıyır. Görəsən, sağ qala biləcəm? Atam yaxşı insan deyil" deyə, söyləyib.

Qeyd edək ki, Sedat Yellibulut üzərinə benzin töküb yandırmaq istəyərkən qız da öz üzərinə benzin tökərək "Məni yandır" deyib.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR