Təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı

Təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı
13:57 19 Noyabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux rayonunda təkər təmiri sexində bədbəxt hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Sexdə təkər təmiri ilə məşğul olan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaba Zeynalov müştərinin avtomobilinin şinlərini təmir edərkən təkər partlayıb. Hadisə nəticəsində təkərin diski onun baş və göz nahiyəsinə dəyib. Ağır kəllə-beyin travması alan Ə.Zeynalov ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR