Bakı. Trend:
Keçmiş Baş nazir Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.
Trend-in məlumatına görə, N.Məmmədov Azərbaycan Dillər Universitetinə (ADU) elmi işlər üzrə prorektoru təyin edilib.
1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin