“Gazelli Group” yenidən beynəlxalq nominasiyanın qalibi olub (FOTO)

“Gazelli Group” yenidən beynəlxalq nominasiyanın qalibi olub (FOTO)
17:15 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tbilisidə, “Expo Georgia” Sərgi Mərkəzində “Tbilisi Health Forum 2019” Beynəlxalq tədbiri keçirilib.

Trend-in məlumatına görə, ən gözəl stend nominasiyasında böyük fərqlə Azərbaycanın “Gazelli Group” ətriyyat-kosmetika istehsalçısı qalib gəlib.

“Tbilisi Health Forum” özündə iki layihəni - vahid məkanda bir konsepsiyada birləşdirilmiş “CAUCASUS HEALTHCARE” (Beynəlxalq Tibbi Texnologiyalar və Avadanlıq Yarmarkası) və “TBILISI BEAUTY” (Beynəlxalq Estetik Tibb Yarmarkası) layihələrini birləşdirir.

Sahənin texnoloji tərəqqisini nümayiş etdirmək, yeni layihələri önə çəkmək, yerli bazarda yeni məhsullar buraxmaq və xidmətlər tətbiq etmək üçün məkan təqdim edən forum yerli və beynəlxalq mütəxəssislərin, ekspertlərin, istehsalçıların, distribüterlərin və alıcıların görüşməsinə imkan yaradır.

Forumda Azərbaycanı “Gazelli Group” ətriyyat-kosmetika holdinqi təmsil edib. Onun stendində şirkət məhsullarının geniş çeşidi təqdim olunub.

Azərbaycan Naftalan nefti, vulkanik gil, kürü, mineral bulaqlar, nadir bitkilərin ekstraktları kimi müalicəvi təbii inqridiyentlərlə zəngindir. Holdinqin bu inqridiyentlər əsasında yaradılmış məhsulları müxtəlif ölkələrin distribüterlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, “Gazelli Group” daim beynəlxalq bazarda “Made in Azerbaijan” brendini təqdim edir. Holdinqin məhsulu Azərbaycanın Kiyev, Həştərxan, Riqa, BƏƏ və Varşavadakı ticarət evlərində təqdim olunub.

“Gazelli Group” Azərbaycanda ilk ətriyyat-kosmetika məhsulları istehsalçısıdır. Holdinq 1999-cu ildə yaradılıb və artıq 20 ildir beynəlxalq gözəllik və sağlamlıq bazarındadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3151110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR