Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzülə qarşı hazırlıqlı deyil

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzülə qarşı hazırlıqlı deyil
18:37 20 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

İnkişaf etməkdə olan ölkələr təxminən 10 il əvvəl qlobal iqtisadi böhran dövründə olduğu kimi indi də iqtisadi tənəzzülə qarşı hazırlıqlı deyil. Onlar təcili olaraq iqtisadiyyaın risklərə qarşı müdafiəsini artırmalıdır. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir. 
"Bu ölkələr qismən artan borclar, ixracın və daxili iqtisadi artımın azalması səbəbi ilə xarici şoklara qarşı daha həssasdır", - sənəddə qeyd olunub. 
Bununla belə, hesabatda əksər ölkələrin 1997-ci ildən bəri inflyasiyanın hədəflənməsi rejiminə keçməsi və daha yaxşı maliyyə siyasəti yürütməsi müsbət amil kimi vurğulanıb. 
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) ötən ay 2019-cu il üzrə iqtisadi artım proqnozunu 3%-ə endirib ki, bu da 10 illik minimumun yenilənməsi deməkdir. Dünya Bankı isə iyun ayında qlobal iqtisadi artım proqnozunu 2,6%-ə endirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-nkisaf-etmekde-olan-olkeler-iqtisadi-tenezulle-qarsi-hazirliqli-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR