Bakıda oğru marketi qarət edib, 2 nəfəri bıçaqlayıb

Bakıda oğru marketi qarət edib, 2 nəfəri bıçaqlayıb
00:17 22 Noyabr 2019
135 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb.
Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayıb.
Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 
V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ogru-marketi-qaret-edib-2-neferi-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR