Azərbaycan cüdoçusu Böyük Dəbilqədə bürünc medal qazana bilər

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə bürünc medal qazana bilər
09:57 22 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Yaponiyanın Osaka şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb.
“Report”un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub. Qadınlardan 48 kq çəkidə çıxış edənlər - Əliyeva Leyla 1/16 finalda Edna Karrilloya (İtaliya) uduzub. Aişə Qurbanlı isə eyni mərhələdə Harriet Bonfeysə (Malavi) qalib gəlsə də, Natsumi Tsunoda (Yaponiya) ilə bacarmayıb. 52 kq çəkidəki Gültac Məmmədəliyeva 1/16 finalda Kristina Blanaruya (Moldova) məğlub olub.
Kişilərdə 60 kq çəkidə yer alanlar - Kəramət Hüseynov 1/16 finalda Yanislav Gerçevi (Belarus) üstələsə də, növbəti raundda Yunq Vei Yanqa (Çin Taybeyi) uduzub. Mübarizəyə eyni mərhələdən başlayan Davud Məmmədsoy Elios Manzidən (İtaliya) güclü olsa da, 1/8 finalda Naohisa Takatoya (Yaponiya) yenilib.
66 kq-da Nicat Şıxəlizadə Beslan Muradov (Rusiya) və Osniel Solisi (Kuba) məğlub etsə də, 1/4 finalda Yoşiro Maruyamaya (Yaponiya) uduzub. O, təsəlliverici görüşdə Daniel Roman Perezlə (İspaniya) qarşılaşacaq.
Eyni çəkidə Orxan Səfərov isə 1/32 finalda Jülyen Frasadoru (Kanada) üstələsə də, Mixail Pulyayevi (Rusiya) keçə bilməyib.
Qeyd edək ki, yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək nüfuzlu turnirə 8 kişi və 5 qadın cüdoçu ilə qatılıb.
İkinci yarış günündə qadınlarda 57 kq çəkidəki Aleksandra-Larisa Florian 1/16 finalda Tsukasa Yoşidanı (Yaponiya), İçinxorlu Munxtsedev isə eyni mərhələdə Po Sum Leunqu (Honkonq) sınağa çəkəcək. Kişilərdən 81 kq-da çıxış edən Murad Fətiyevin 1/32 finalda rəqibi Vladimir Zoloyev (Qırğızıstan) olacaq.
Noyabrın 24-də - son yarış günündə Azərbaycanı yalnız kişi idmançılar təmsil edəcəklər. 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev 1/16 finalda Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi ilə güləşəcək. 100 kq çəkidə yer alanlara gəlincə, Elmar Qasımov 1/16 finalda Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Zelim Kotsoyev isə 1/32 finalda Karl-Riçard Freylə üz-üzə gələcək.
Böyük Dəbilqədə 87 ölkədən ümumilikdə 486 idmançı - 280 kişi və 206 qadın cüdoçu mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudocusu-boyuk-debilqede-burunc-medal-qazana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR