Deputat: "Azərbaycanda bələdiyyələrin səlahiyyətləri ən aşağı səviyyədədir"

Deputat: "Azərbaycanda bələdiyyələrin səlahiyyətləri ən aşağı səviyyədədir"
13:12 22 Noyabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda bələdiyyələrin cəlbediciliyi yetərli səviyyədə deyil, onların səlahiyyətləri ən aşağı səviyyədədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Gender əsaslı Bələdiyyə Akademiyası"nın açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bələdiyyələri lazımi qədər inkişaf etdirmək mümkün olmadığı üçün insanları bələdiyyə seçkilərində iştirak etməyə sövq etmək çətinlik yaradır.

F.Mustafa qeyd edib ki, bu gün Azərbaycanda bələdiyyələrin maliyyə imkanları, büdcələri yetərli səviyyədə deyil. Onların reklam imkanları məhduddur.

Deputat əlavə edib ki, bələdiyyələr hər hansı yerli səviyyədə kiçik problemin həll etmək gücünə malik deyillər: "Bələdiyyələr yeni yarandıqda onların əsas funksiyaları torpaq alqı-satqısı ilə məşğul olmaq idi. İndi onların torpaq resursları tükəndiyinə görə sanki işsiz bir quruma çevrilməkdədirlər. Biz onları dirçəltməliyik, çünki bələdiyyələrin güclənməsi dövlətin güclənməsi, onun büdcə yükünün azalması deməkdir".

F.Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər fəal qadın olsa da, onlar cəmiyyət həyatı üçün öz qabiliyyətlərini sərf edə bilmirlər.

Deputat deyib ki, bu gün Milli Məclisdə qadınların təmsil olunma göstəricisi 14 faizdir. Bunu olduqca aşağı göstərici sayan F.Mustafa vurğulayıb ki, qadınlar idarəetmədə kvota əsasında təmsil olunmamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/804336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR