"Azərenerji" elektrik stansiyalarında qışa hazırlıqla bağlı əks-qəza məşqi keçirib

"Azərenerji" elektrik stansiyalarında qışa hazırlıqla bağlı əks-qəza məşqi keçirib
15:08 22 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

2019-2020-ci il payız-qış mövsümünə hazırlıqla bağlı Azərenerji” ASC-nin müəssisələri üzrə ayrı-ayrılıqda görüləcək konkret işləri müəyyənləşdirilərərək bütün zəruri tədbirlər görülüb.

Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu məqsədlə noyabrın 14-də payız-qış mövsümünə hazırlıq işlərinin tərkib hissəsi kimi elektrik stansiyaları və yarımstansiyaların əməliyyat heyəti cəlb edilməklə əks-qəza məşqi keçirilib:

"Enerji müəssisələrinin əməliyyat heyəti şərti qəzanın aradan qaldırılmasına normativ vaxt çərçivəsində nail olub. Əks-qəza məşqlərinin nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırılması üçün tapşırıqlar verilib. Ümumulikdə sistem üzrə əks-qəza məşqi, əməliyyat heyətlərinin hərəkətləri qənaətbəxş hesab olunub.

2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdıqdan sonra noyabrın 19-da mərkəzi komissiya və yerli komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda il ərzində görülmüş işlərə qiymət verilib. Ümumilikdə nəzərdə tutulmuş 897 tədbirdən 807-nin icra olunduğu qeyd olunub, obyektiv səbəblər üzündən icrası mümkün olmayan tədbirlərin ilin sonunadək yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Qiymətləndirmə yekunlaşdıqdan sonra bütün enerji müəssisələrinə payız-qış mövsümünə hazırlıq barəsində pasportlar təqdim olunub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3152737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR