Qədim dövrlərə aid sandıq tapıldı -

Misirdə aparılan arxeoloji qazıntılar zamanı fironlar dövrünə aid içi pişik mumyaları ilə dolu 25 ədəd sandıq və 75 ədəd pişik heykəli tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Misirin tarixi əsərlər naziri Xalid əl Anani açıqlama verib. O, tapılan mumiyalardan 2-sinin aslan balalarına aid ola biləcəyini deyib. Nazir bunun sübuta yetiriləcəyi təqdirdə ilk dəfə aslan mumiyası kəşf etmiş olacaqlarına diqqət çəkib.

Anani qazıntılar zamanı həmçinin kiçik timsahlar, firon heykəlləri, qııl maskalar və aslan skeleti tapıldığını da ifadə edib.

(qaynarinfo.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR