Müğənni Ayan Babakişiyeva Xəzər TV-də yayımlanan "Şən bazar" verilişinə qonaq olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, verilişdə rəqs edən müğənninin ətəyi qalxıb.

Bunu görən Əməkdar artist Rafael İsgəndərov zarafat edərək ətəyinin qısa olduğuna işarə edib: "Bunu bir az uzun geyinərdin. Fırlanmaq istədi, alınmadı".

Çətin vəziyyətə düşən Ayan isə vəziyyətdən çıxa bilib. Müğənni bildirib ki, ilk dəfədir efirə belə qısa geyinir.

Milli.Az