Roberto Bordin: "Bu gün asan qələbə qazandığımızı deməzdim"

Roberto Bordin: "Bu gün asan qələbə qazandığımızı deməzdim"
20:07 24 Noyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

"Komandanın oyunundan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son matçda uduzmuşduq, oyunçular bundan nəticə çıxardılar".
"Report"un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XII turunda evdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Əlli dörd yaşlı italiyalı mütəxəssis bildirib ki, yaxşı oyun qələbədə də önəmlidir: "Bu gün bunu bacardıq. Baqali Dabo zədəli olduğu üçün heyətdə yer almamışdı. Futbolda asan qələbə olmur, belə deməzdim. Bunun üçün vuruşmaq, döyüşmək lazımdır".
Bordin əvəzetmələrindən də danışıb: "Meydana 11 nəfər buraxırıq. Bu gün Evangelas Platellasın meydanda olması məşqçi seçimidir. Qol vurmasına görə sevinirəm. Çox işləmişdi, əziyyətinin bəhrəsini gördü. Voislav Stankoviçdə yorğunçuluq hiss olunurdu deyə, yerinə Mamadu Mbocu buraxdıq. Ümumiyyətlə, hər 3 əvəzetmə oyuna yaxşı qoşuldular.
Donald Gerye komanda ilə təlim-məşq toplanışı keçməyib. Ola bilsin, fiziki forması tam qaydasında deyil. Bunun üzərində çalışırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/roberto-bordin-bu-gun-asan-qelebe-qazandigimizi-demezdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR