Britaniyanın baş naziri hərbçilərin sayının ixtisarı haqqında xəbəri təkzib edib

Britaniyanın baş naziri hərbçilərin sayının ixtisarı haqqında xəbəri təkzib edib
23:02 24 Noyabr 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın baş naziri Boris Conson hərbçilərin sayının ixtisar ediləcəyi haqqında mətbuatda yayılan informasiyanı təkzib edib.
"Report" xəbər verir ki, bu barədə o "Sky News" telekanalının canlı yayımında bildirib.
Baş nazir qeyd edib ki, "Sunday Times" nəşrinin ölkənin quru qoşunlarının sayının azaldılmasının planlaşdırılması barədə yazdığı həqiqəti əks etdirmir.
Britaniyanın hökumət başçısının sözlərinə görə, London silahlı qüvvələrin sayını azaltmağa hazırlaşmır. Hərbçilərin mövcud sayı olduğu kimi qalacaq.
"Biz NATO çərçivəsində öhdəliyimizi saxlayaraq silahlı qüvvələrimizin maliyyələşdirilməsini 2 faiz artırırıq", - deyə Boris Conson bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniyanin-bas-naziri-herbcilerin-sayinin-ixtisari-haqqinda-xeberi-t

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR