Mərkəzi Gömrük Hospitalın uzman ümumi cərrahı Elnur Pirəliyev canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalın uzman ümumi cərrahı Elnur Pirəliyev canlı yayımda çıxış edəcək
11:15 25 Noyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman ümumi cərrahı Elnur Pirəliyev 27 noyabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda“Düyünlü zob və təkrarlanan zob: doğru sayılan yanlışlar" mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Dr. Elnur Pirəliyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2014-2019-cu illərdə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universitetində cərrah ixtisası üzrə uzmanlıq təhsili almış və 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının məşhur Cleveland Clinic xəstəxanasında Endokrin ve Metabolozim Cərrahiyyəsi, Minimal invaziv və Robotik cərrahiyyə üzrə təhsilini davam etdirmişdir. Dr. Elnur Pirəliyevin Braziliyanın, Avstraliyanın, ABŞ-ın və Türkiyənin bir çox nüfuzlu elmi tibbi jurnallarında 20-yə yaxın elmi məqalələri dərc olunmuşdur.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3153622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR