Nüfuzlu “Rossiyskaya qazeta” nəşri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə müsahibəni dərc edib - FOTO

Nüfuzlu “Rossiyskaya qazeta” nəşri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə müsahibəni dərc edib - FOTO
13:42 25 Noyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyaya rəsmi səfər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və iki ölkənin münasibətlərinn inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Dostluq ordeni ilə təltif edilib.

Bundan başqa, Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Səfər çərçivəsində Mehriban Əliyeva X Azərbaycan-Rusiya regionlararası forumda, həmçinin restavrasiya olunmuş "Azərbaycan" pavilyonunun açılışında iştirak edib.

Səfərin yekunları barədə Birinci vitse-prezident TASS, "Rossiyskaya qazeta" və "Rossiya 24" telekanalları üçün TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Qeyd edək ki, "Rossiyskaya qazeta" Rusiya hökumətinin rəsmi mətbu orqanıdır. Qəzetdə dövlət xadimləri, rusiyalı və xarici siyasətçilərlə müsahibələr dərc olunur.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/805037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR