Gürcüstan parlamentinin müxalifət partiyalardan olan deputatları, eləcə də müstəqil millət vəkilləri parlamentin 26-29 noyabr tarixlərinə planlaşdırılan plenar iclasları boykot edib.

Metbuat.az "Apa"ya istinadən bildirir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze məlumat verib.

O qeyd edib ki, "Avropalı Gürcüstan", "Vahid Milli Hərəkat", "Vətənpərvərlər Alyansı"ndan olan deputatlar, habelə müstəqil millət vəkilləri Eka Beselia və Nato Çxelidze parlamentə müraciət edərək iclaslarda iştirak etməyəcəklərini bildiriblər.