Narkotik satdıqlarına görə güllələnəcəklər

Narkotik satdıqlarına görə güllələnəcəklər
19:38 16 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

İndoneziyada biri ölkə, beşi isə xarici vətəndaş olmaqla ümumilikdə altı nəfər narkotik maddələr satdıqlarına görə güllələnəcəklər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, əcnəbilər Vyetnam, Nigeriya, Malavi, Braziliya və Hollandiya vətəndaşlarıdır.

Ölkə qanunvericiliyi narkotik vasitələrin qaçaqmalçılığına görə ölüm cəzasını nəzərdə tutsa da, hakimlər bu qərarı nadir hallarda verirlər.

Hökumət bu il daha 20 nəfərin edam edilməsini planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR