Nazir Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nazir Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
11:22 26 Noyabr 2019
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi noyabrın 29-dan noyabrın 30-na dəyişdirilib.

Trend-in məlumatına görə, noyabrın 30-da S.Babayev Kürdəmir rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Noyabrın 29-da isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3154186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR