"Qadın bilmir ki, ona alt paltarı lazımdır?" -

Bu sözləri İctimai televiziyasında yayımlanan "3D" verilişinə qonaq olan Xalq artisti Əbdül Mahmudov söyləyib.

Metbuat.az bildirir ki, rejissor televiziyaların fəaliyyətindən, küçədəki reklamlardan şikayətlənib. O bildirib ki, bütün kanallardakı şou proqramlara konkret olaraq nəzarət edilməlidir.

"O gün küçəynən gedirdim. İndiki Azərbaycan prospekti... Orda qoyulan iri lövhədə qadınların alt paltarları reklam olunur.

Üzr istəyirəm. Böyük vitrindi. Bu geyimləri (sinəsini göstərir) reklam edirlər. Uzun ayaqlı, incə belli qızları da tapıb dar şeyləri geyindirib, asıblar küçənin ortasından. Gələn, gedən uşaq, böyük, dayanıb baxır.

Əvvəla, biz deyirik "Avropa"... Avropa 47 dövlətdir. Hər dövlətin özünün qanunu, qaydası, əxlaqı var. Çex fransızdan fərqlənir, fransız polyakdan, polyak almandan...Mən niyə avropalı olmalıyam ki? Mən bəyəm Allaham ki, yeni xalq yaradım? Sən gedib Fransada yaşaya bilərsən, fransalı ola bilərsən, amma fransız ola bilməzsən.

Əgər belə şeyləri satırsansa, göstərməyə nə ehtiyac var? Qadın bilmir ki, ona alt paltarı lazımdır? Həmin o reklamı küçəyə qoyanın evdə anası, bacısı, qızı, gəlini yoxdur?", - Əbdül Mahmudov söyləyib. (milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR