Zen 3 arxitekturası möhtəşəm olacaq

Zen 3 arxitekturası möhtəşəm olacaq
22:47 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

AMD şirkəti bir neçə il öncə prosessor bazarında İntel'dən xeyli geri qalırdı. İntel daha güclü olması səbəbilə rəqibsizliyindan istifadə edərək qiymətləri nirvanaya qaldırmışdı. Yaxşı bir render komputeri yığdırmaq ciddi büdcələr tələb edirdi. Lakin AMD bir sıçrayış edərək Zen arxitekturasına keçdi. 1-ci nəsil Zen arxitekturalı prosessorlar ilə İntel'in eyni seqmentdeki bütün prosessorlarından daha yaxşı nəticə əldə edən AMD bu gun artıq Zen 3 arxitekturasına keçməyə hazırlaşır. 

Zen 3 arxitekturası ilə prosessorlar 7 nm++ ölçülərində istehsal ediləcək və daha az güc işlədərək daha çox performans verəcək.

AMD şirkətinin CEO köməkçisi Forrest Norrod verdiyi reportajda Zen 3 arxitekturasının tamamilə 0-dan hazırlandığını deyir. Həmçinin bu arxitektura gücdən daha çox effektivliyə fokuslanacaq. Yəni nüvə sayılarının artdığı kimi ( 16 nüvə, 32 nüvə və s.) nüvə sayına düşən performans da artacaq. Həmçinin Zen 3 arxitekturası ilə hazırlanan prosessorlar daha az enerji ehtiyyacına malik olacaqlar. AMD CEO köməkçisi bu yeni arxitektura ilə birliktə EPYC adlı data mərkəzi üçün istehsal olunan 64 nüvəli prosessorlarda da nüvə sayının arta biləcəyini vurğuladı. AMD şirkətinə təşəkkür etmək lazımdır ki, prosessor bazarındakı rəqabəti təkrar canlandırdı və bizə uyğun qiymətli yüksək performans verən prosessorlar təklif etdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR