Astronavt zibili açıq kosmosa tulladı

Astronavt zibili açıq kosmosa tulladı
02:32 27 Noyabr 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano təmir zamanı çıxarılan bir detalı kosmosa atıb. Baş verənlər Beynəlxalq Kosmik Stansiyanın bütün iş prosesinin qeydə alındığı kameralar tərəfindən yayımlanıb.

Milli.Az bildirir ki, NASA öz "İnstagram" hesabında həmin videonu yayımlayaraq, şərh edib:

"Bəzən artıq sizə xidmət etməyən şeyləri buraxmalısınız".

Qeyd edək ki, bu sözlər "Netflix" kanalında yayımlanan və evin təmizliyinə həsr olunmuş populyar televiziya şousunun bir az dəyişdirilmiş şüarıdır.
Atılan hissə - Beynəlxalq Kosmik Stansiyada 2011-ci ildən bəri işləyən maqnit alfa spektrometrinin qalxan yeridir. Cihaz hazırda təmirdədir.

O, kosmik şüaları fiksasiya edir, eyni zamanda qaranlıq materiya və antimateriya axtarır. Əvvəlcə spektrometrin üç il xidmət edəcəyi gözlənilirdi, lakin bu günə qədər fəaliyyət göstərməyə davam edib.

Bununla belə, son zamanlarda cihazdakı soyutma sisteminin yararsız hala düşdüyü və müvafiq avadanlıqların təcili dəyişilməli olduğu müəyyən edilib.

Kosmik agentlik onu da vurğulayıb ki, atılan detal orbitdə uzun müddət qalmayacaq - Yer onu özünə cəlb edəcək və o, atmosferin qalın qatlarında yanacaq. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR