Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.