Şəmkirdə maşın aşıb,

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü İsmayılov Rafiq İsmayıl oğlunun idarə etdiyi “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

Rayonun Dəllər kənd sakini Rafiq İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olan zaman Zəyəm kənd sakini Elçin Cəfərovun idarə etdiyi “EO-2621” markalı traktorla toqquşub. Toqquşmadan sonra “VAZ” aşıb.

Qəza nəticəsində R. İsmayılov ölüb, onun sərnişini olan həyat yoldaşı İradə İsmayılova isə xəstəxanaya yerləşdirilib. (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR