Rusiyanın İjevsk şəhər sakini hərbi-kosmik sahə ilə bağlı məxfi məlumatları ötürmək üçün xarici diplomatik nümayəndəliklə əlaqə yaratmağa çalışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

"Rusiya Federasiyası Udmurt Respublikasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, hərbi-kosmik sahə ilə bağlı məxfi məlumatları ödəniş müqabilində ötürmək üçün xarici diplomatik nümayəndəliklə əlaqə qurmaq təşəbbüsü ilə çıxış edən İjevsk şəhər sakininin şəxsiyyətini müəyyənləşdirib", - məlumatda bildirilir.

Milli.Az