Xalq artistindən Afaq Bəşirqızının etirazlarına münasibət: “Öz peşəsi ilə məşğul olsun” - VİDEO

Xalq artistindən Afaq Bəşirqızının etirazlarına münasibət: “Öz peşəsi ilə məşğul olsun” - VİDEO
12:03 28 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“Qurultayda Əbülfəs Qarayevin çıxışı zamanı Afaq Bəşirqızı durub getdi. Bilmədim, nə mənada idi. Bəlkə Afaq xanımın da ürəyi vəzifə istəyir. Mən heç kimi dəstəkləmirəm, özümü dəstəkləyirəm. Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Namiq Kamal dünən İTV-də yayımlanan “3D” proqramında Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən deyib. Aktyor Teatr Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala fikir bildirib. O, Xalq artisti Afaq Bəşirqızını dəstəkləmədiyini söyləyib.

Xatırladaq ki, Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımçıq tərk etmişdi. Aktrisa daha sonra jurnalistlərə açıqlamasında Teatr Xadimləri İttifaqının və Azərpaşa Nemətovun fəaliyyətini kəskin tənqid etmişdi:

“O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona da oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm: Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azərpaşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/297468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR