İnsident Safura Qotx rayonunda baş verib. Hücum zamanı avtobusda təxminən 60 nəfər olub. Polisin məlumatına görə, 6-8 terrorçu avtobusa 3 motosikletdə yaxınlaşıb. Əvvəlcə onlar avtobusu bayırdan atəşə tutub, daha sonra içəri daxil olaraq, sərnişinləri güllələyib. Bundan sonra onlar qaçmağa müvəffəq olub. Hücuma görə məsuliyyəti pakistanlı taliblər öz üzərinə götürüb.
Terror aktının istintaqı ilə bağlı yaradılan komissiyanın yüksək vəzifəli məmurunun sözlərinə görə, avtobus sərnişinlərinin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb.
O vurğulayıb ki, onların hamısı qadağan olunan qruplaşmanın yaraqlılarıdır.